IQNA

12:44 - November 17, 2019
Xəbər sayı: 3486158
Tehranda keçirilən 33-cü beynəlxalq İslami vəhdət konfransına iştirak edən Qanalı dini araşdırmaçı Şeyx Məhəmməd Mustafa Yacmal İQNA-ya müsahibsəində ölkəsində şiəliyin və şiələrin inkişafından danışıb.

Tehranda keçirilən 33-cü beynəlxalq İslami vəhdət konfransına iştirak edən Qanalı dini araşdırmaçı Şeyx Məhəmməd Mustafa Yacmal İQNA-ya müsahibsəində ölkəsində şiəliyin və şiələrin inkişafından danışıb.

Bu konfransı müsəlmanların birliyi üçün əhəmiyyətli hesab edən araşdırmaçı dedi: İrana birinci dəfədir gəlirəm. Müsəlmanları İslami vəhdət və Beytül-Müqəddəs kimi müştərək bir mövzuda toplanması məni sevindirir. Konfransda müsəlmanların birliyi barədə danışılan bütün müsələlər tamamilə doğrudur.   

Qanalı dini araşdırmaçı Şeyx Məhəmməd Mustafa Yacmal əlavə etdi: İslam sülh dinidir. Qanada müsəlmanlar bütün dinlərin ardıcılları ilə tolerant yaşayırlar. Qanada müsəlmanlar və xrisitanlar bərbərdirlər.

O, İŞİD və əl-Qadiə kimi terrorçu qruplaşmaların İslam barədə mənfi təsəvvür yaratdıqlarına işarə edərək dedi: Bu qruplaşmaların İslam dini ilə heç bir bağlılığı yoxdur. İslam dini sülhü və sabitliyi sevir. Allah-Taala günahsız insanları öldürməyi sevmir. Allah bütün insanları bir kişi və qadından bərabər yaratdığını deyir.

Şeyx Məhəmməd Mustafa Yacmal Qanada yaşayan şiələr barədə dedi: Qanada şiələr inkişaf edən bir cəmiyyətdir. Onlar bizim qardaşlarımız və dostumuzdurlar, onlarla ixtilafımız yoxdur. Şiə və əhli-sünnə cəmiyyəti arasında müdrik insanlar çoxdur. Hamı bilir ki, bir Allaha və bir peyğəmbərə inanır? Bəs nə üçün ixtilaf və çəkişməmiz olamlıdır?

https://iqna.ir/fa/news/3857491

Ad:
E-poçt:
* Comment: