IQNA

Dini azlıqlar Qurana hörmətiszliyi məhkum etdilər

22:17 - November 25, 2019
Xəbər sayı: 3486205
Pakistanda yaşayan hindu, sikh və xristianlar Norveçdə müsəlmanların müqəddəs kitabənın radikal sağçılar tərəfindən keçirilən İslamofob yürüşündə təhqir edilməsini məhkum etdilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanda yaşayan hindu, sikh və xristianlar Norveçdə müsəlmanların müqəddəs kitabənın radikal sağçılar tərəfindən keçirilən İslamofob yürüşündə təhqir edilməsini məhkum etdilər.

Keçən həftənin Şənbə günü, 23 Noyabr 2019-cu il, Pakistanda yaşayan dini azlıqlar Qurana qarşı edilən hörmətsizliyə etiraz aksiyası keçiriblər.

Pakistanın Kəraçi vilayətində yürüş keçirən dini azlıqlar Norveç dövlətindən bu kimi addımlara kəskin reaksiya verməsini və cinayətkarları cəzalandırmasını istəyiblər.

Yürüşdə iştirak edən Katolik dindarlar və kilsə rəhbərləri bəyaniyyə yayaraq bu addımı bütün xristianların adından məhkum ediblər və bütün dinlərin müqəddəs simvollarına hörmətlə yanaşmağın zəruri olduğunu vurğulayıblar.

Qeyd edək ki, Norveçin Kristiansand şəhərində, 22 Noyabrda "Norveçi islamlaşmağı dayandıraq” qrupunun fəalları anti-İslam yürüşü keçiriblər və Quranın bir nüsxəsini yandırmağa cəhd ediblər.

https://iqna.ir/fa/news/3859065/

 

captcha