IQNA

9:29 - November 28, 2019
Xəbər sayı: 3486221
Şeyx Kəfa Məhəmməd Bətan vurğulayıb: Müsəlmanın müsəlmanla döyüşməsi həqiqi cihad deyil. Bu gün Suriya, Liviya və digər İslam ölkələrində şahid olduğumuz savaşlar "cihad" deyil.

"Cihadı yanlış təfsir etmək və kor-koranə təəssübkeşlik İslam dünyasının mühüm problemlərindəndir"- bu sözləri İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) ilə müsahibəsində Rusiyanın Volqaqrad şəhərinin Müsəlmanlar İdarəsinin müftisi və əhli-sünnə alimi Şeyx Kəfa Məhəmməd Bətan deyib.

O əlavə edib: Cihadın mənası bir müsəlmanın digər müsəlman əleyhinə müharibə etməsi deyil. Bu gün İslam dünyasında baş verən hadisələrin çoxu "cihad"ın yanlış təfsiri və kor-koranə təəssübkeşlikdən qaynaqlanır. Müsəlmanlar gərək agahlıq və bəsirət ilə öz həqiqi düşmənlərini tanısınlar və onunla həqiqi cihad etsinlər.

Şeyx Kəfa Məhəmməd Bətan vurğulayıb: Müsəlmanın müsəlmanla döyüşməsi həqiqi cihad deyil. Bu gün Suriya, Liviya və digər İslam ölkələrində şahid olduğumuz savaşlar "cihad" deyil. Bu ixtilaflar və problemlər "cihad" məfhumunun yanlış təfsirindən ortaya çıxıb və İslam dünyasını xarabalığa çevirib.

Rusiyanın Volqaqrad şəhərinin Müsəlmanlar İdarəsinin müftisi deyib: Düşmənlər müsəlmanların sıralarını dağıtmaq və ümmət arasına ixtilaf salmaq üçün çox çalışırlar və istəyirlər ki, müsəlmanları həqiqi düşməni tanımaqda şübhəyə salsınlar. Buna görə də müsəlmanların faydasız şeylərə görə bir-biri ilə savaşdığının və həqiqi düşməndən qafil olduğunun şahidiyik.

تعصب و تفسیر نادرست جهاد ریشه بخشی از مشکلات جهان اسلام است

Əhli-Sünnə alimi müsəlmanların agah, bəsirətli və ayıq olmasının zəruriliyini vurğulayaraq deyib: Təkcə ayıqlıq və bəsirət ilə həqiqi düşməni tanıya və onun hiylələrini zərərsizləşdirə bilərik.  

Söhbətinin davamında Fələstin və Qüds məsələlərinə toxunan müfti əlavə edib: Bu gün müsəlmanların Fələstin və Qüdsdə müqəddəs rəmzləri təhqir edilir. Sionistlər hər gün Əqsa məscidinə hücum və hörmətsizlik edirlər. Fələstin müsəlmanların ən mühüm və əsas məsələsi olmalıdır. İslam ümməti həqiqi düşmən olan sionist rejiminin Qüdsü işğal etməsinə icazə verməməlidir və sionistlərin məhv edilməsi İslam ümmətinin əsas hədəfi olmalıdır.   

Rusiyanın Volqaqrad vilayətinin Müsəlmanlar İdarəsinin müftisi bu vilayətdə İslamın təbliğindən və Quran faəliyyətlərdən danışıqdan sonra İslam ümmətinin vəhdəti məsələsinə də toxunub: Vədhətin mənası bütün məzhəblərdən olan müsəlmanların həqiqi düşmənin qarşısında dayanmasıdır. İslam ümməti vəhdət sayəsində düşmənin təfriqəçilik hiyləsinə qalib gələ bilər.

O əlavə edib: Müsəlmanlar arasında olan dini ixtilaflar həqiqi deyil. Bu müsəlman alimlərinin fərqli fikir və düşüncələridir. Bu cür ixtilaflar və fərqliliklər bütün cəmiyyətlərdə var.

Rusiyanın Volqaqrad şəhərinin Müsəlmanlar İdarəsinin müftisi və əhli-sünnə alimi Şeyx Kəfa Məhəmməd Bətan sonda vurğulayıb: Artıq müsəlmanların kor təəssübkeşliyi bir kənara qoymaq və İslamın müştərək dəyərləri üzərində vəhdət etmələrinin vaxtıdır. Müsəlmanların İslam, Quran və Həzrət Məhəmməd (s) kimi müştərək müqəddəs dəyərləri var. Bütün bunlar İslam ümmətinin vəhdəti və birliyi üçün yetərlidir.

https://iqna.ir/fa/news/3859433

Ad:
E-poçt:
* Comment: