IQNA

Ədroğan: Bəziləri şiə və sünnilər arasında nifaq salmaq istəyir

12:43 - November 29, 2019
Xəbər sayı: 3486223
Rəcəb Təyyib Ərdoğan "VI Dini Şuralar İclası"nın yekun mərasimində deyib: Şiə və sünniliyi iki ayrı məzhəb və din kimi təqdim etmək istəyənlərin hədəfi  müsəlmanlar arasına nifaq və ayrılıq salmaqdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğan Ankarada keçirilən "VI Dini Şuralar İclası"nın yekun mərasimində çıxış edərək deyib: Şiəliyi və sünniliyi iki ayrı məzhəb və din kimi təqdim etmək istəyənlərin hədəfi  müsəlmanlar arasına nifaq və ayrılıq salmaqdır.

Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğan sünni və şiə məzhəbləri bir-birindən ayrı bir dini kimi təqdim edənlər barəsində xəbərdarlıq edərək vurğulayıb: Onlar müsəlmanları parçalamaq və bir-birinə düşürmək istəyirlər.

O deyib: Məşvərət və müşavirə Həzrət Peyğəmbərimizin (s) sünnəsidir. Biz bu məsələni unutduğumuz üçün dala qalmışıq. Son iki yüz ildə müsəlmanların başına gələn problemlərin əsas səbəbi şura təşkil edilməməsidir.

Rəcəb Təyyib Ərdoğan əlavə edib: Təəssüflər olsun İslam ümməti zaman axarında öz problemlərinin həlli yolunda birliyini itirmişdir. Müsəlmanlar Qərb paytaxtlarında öz problemlərinə çarə axtarırlar. Bunun müsəlmanlar üçün heç bir faydası yoxdur. Müasir insan texnologiyanın inkişafına baxmayaraq həmişəkindən daha tənhadır.

O deyib: Bizim Ələvi vətəndaşlarımızı təhdid edən fəaliyyətlərə icazə verməyəcəyik. Bütün ölkə boyu qardaşlıq əlaqələrimizi gücləndirəcəyik. Dini İşlər Təşkilatının bu yöndə atdığı müsbət addımı yaxından izləyəcəyik.  

https://iqna.ir/fa/news/3860311

Teqlər: Ərdoğan ، şiə ، sünni ، Dini Şura ، iqna ، ələvi
captcha