IQNA

Braziliyada İslami təşkilat pulsuz tibbi xidmətlər göstərir

23:50 - November 29, 2019
Xəbər sayı: 3486227
Braziliyanın Sao-Paulo şəhərinin İslami Birliklər Federasiyası bu şəhərin ətrafında yaşayan imkansızlara pulsuz tibbi və sanitar xidmətlər göstərir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Braziliyanın Sao-Paulo şəhərinin İslami Birliklər Federasiyası bu şəhərin ətrafında yaşayan imkansızlara pulsuz tibbi və sanitar xidmətlər göstərir.

Braziliyanın Sao-Paulo şəhərinin İslami Birliklər Federasiyası (FAMBRAS) hər il ehtiyaclılara və kasıb kəndçilərə maddi yardım göstərir.

Bu təşkilatın Dekabr ayının 1-də başlayacaq yeni proqramında ehtiyaclılara tibbi xidmətlər göstəriləcək və uşaqlar üçün əyləncəli proqramlar təşkil ediləcək.

Tibbi xidmətlər sırasında qan, şəkər, hepatit analizləri və sair xidmətlər pulsuz olacaqdır. İnsanlara diş çürüməsini və xərçəngi qabaqlama təlimləri öyrədiləcək.

https://iqna.ir/fa/news/3860253

captcha