IQNA

Kualalampurda Fələstin xalqına dəstək toplantısı keçirildi

10:46 - December 01, 2019
Xəbər sayı: 3486235
Malaziyanın Müsəlman Gənclər Hərəkatının üzvləri Kualalampurda BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) qərargahı önündə Fələstin xalqı ilə həmrəylik toplantısı keçiriblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Malaziyanın Müsəlman Gənclər Hərəkatının üzvləri Kualalampurda BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) qərargahı önündə Fələstin xalqı ilə həmrəylik toplantısı keçiriblər.

Malaziyanın Müsəlman Gənclər Hərəkatının rəisi Məhəmməd Əbdüləziz toplantıda çıxış edərək deyib: Fələstin xalqının qarşılaşdığı bütün problemlərlə mübarizədə onların yanındayıq. Fələstin millətinə sülh, müstəqillik və inkişaf əldə edənə qədər dəstək olacayıq.

Malaziyanın Müsəlman Gənclər Hərəkatı BMT (Birləşmiş Millətlər Təşkilatı)-na məktub yazaraq BMT-nin (Birləşmiş Millətlər Təşkilatı)  Təhlükəsizlik Şurasının 2334-cü qətnaməsinə əməl edilməsini və həmçinin sionist rejimin başçılarının beynəlxalq məhəkəmədə sorğulanmasını tələb edib.  

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı)  Təhlükəsizlik Şurasının 2334-cü qətnaməsinə əsasən sionist rejimi işğal etdiyi ərazilərdə qəsəbə sala bilməz. Buna görə də ən tez zamanda qəsəbələr yəhudilərdən boşaldılmalıdır.

https://iqna.ir/fa/news/3860579

captcha