IQNA

Bu məsciddə 107 ildən sonra Azan verildi

23:43 - December 02, 2019
Xəbər sayı: 3486244
Şimali Makedoniyanın Ohrid şəhərinin tarixi "Əli Paşa məscidi"nin minarələrindən 107 ildən sonra yenidən Azan səsləri eşidildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Şimali Makedoniyanın Ohrid şəhərinin tarixi "Əli Paşa məscidi"nin minarələrindən 107 ildən sonra yenidən Azan səsləri eşidildi.

Bu məscid Balkan müharibəsində (1912-1913) dağıdılmışdı.

Son illərdə isə Türkiyənin İslami Fondlar İdarəsi tərəfindən təmir və bərpa edildi.

İki ölkənin razılaşması əsasında məscidin təmiri 2015-ci ilin Aprel ayında başlamışdı.

Məscidin təmiri üçün 2.5 milyon dollar vəsait xərclənib.

Bu məscidin Balkan ölkələrində Osmanlı dövründən qalmış tarixi əsərdir.

Məscidi 1573-ci ildə Süleyman Paşa tikdirib. 1823-cü ildə isə Əli Paşanın göstərişi ilə təmir edilib.

https://iqna.ir/fa/news/3860941/

Teqlər: makedoniya ، məscid ، iqna
captcha