IQNA

10:15 - December 14, 2019
Xəbər sayı: 3486309

BƏƏ-nin əl-Qasimiyyə universitetində Quran Elmləri fakültəsi açıldı

BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) əl-Qasimiyyə universitetində Quran Elmləri fakültəsi bu ölkədə Quran elmləri, Quran hifzi, təcvid, təfsir və qiraət barədə ilk ixtisaslaşdırılmış təhsil ocağıdır.  

BƏƏ-nin əl-Qasimiyyə universitetində Quran Elmləri fakültəsi açıldı

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) əl-Qasimiyyə universitetində Quran Elmləri fakültəsi təsis edilib.

Fakültənin açılış mərasimi Şarjənin hakimi Salman bin Məhəmməd Qasiminin iştirakı ilə həftənin Cüməaxşamı günü, 13 Dekabr 2019-cu il, keçirilib.

Quran Elmləri fakültəsinin binası dərs otaqları, qiraət və təfsir elmi üzrə ixtisaslaşdırılmış kitabxana, müxtəlif qiraət və tilavətləri lentə almaq üçün müasir texnologiya və Quran elmləri barədə araşdırma imkanları ilə təchiz edilib.

BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) əl-Qasimiyyə universitetində Quran Elmləri fakültəsi bu ölkədə Quran elmləri, Quran hifzi, təcvid, təfsir və qiraət barədə ilk ixtisaslaşdırılmış təhsil ocağıdır.  

https://iqna.ir/fa/news/3863713

دانشکده قرآن دانشگاه «القاسمیه» امارات افتتاح شد + عکس
 
دانشکده قرآن دانشگاه «القاسمیه» امارات افتتاح شد
 
دانشکده قرآن دانشگاه «القاسمیه» امارات افتتاح شد
Teqlər: iqna ، quran elmləri ، qiraət ، təcvid ، təfsir
captcha