IQNA

23:49 - December 29, 2019
Xəbər sayı: 3486385
Cümə günü, 27 Dekabr 2019-cu il, Amerikanın Çikaqo şəhərində “Amerika Müsəlmanlarının Müştərək Birliyi” (MAS) və Şimali Amerikanın İslami Birliyinin (İCNA) təşkil etdiyi illik toplantı öz işinə başlayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari həftənin Cümə günü, 27 Dekabr 2019-cu il, Amerikanın Çikaqo şəhərində “Amerika Müsəlmanlarının Müştərək Birliyi” (MAS) və Şimali Amerikanın İslami Birliyinin (İCNA) təşkil etdiyi illik toplantı öz işinə başlayıb.

Üç gün keçiriləcək bu toplantı Cümə günü minlərlə müsəlmanın iştirakı ilə qılınan Cümə namazı ilə başlayıb.  

Bu toplantıda yüzdən çox müsəlman alimi və mütəffəkkir “bu günün böhranları ilə qarşılaşmaq və gözəl sabah üçün sərmayə hazırlmaq” mövzusunda çıxış edəcək.

Dünyanın müxtəlif yerlərindən 20 min nəfərin qatılacağı bu toplantıda islamofobiya, irqçilik və müsəlmanlar əleyhinə ayrı-seçkilik və Amerika cəmiyyətində müsəlmanların problemləri barədə müzakirələr aparılacaq.

Toplantı çərçivəsində müxtəlif proqralmlar icra ediləcək. Toplantı zamanı keçirilən sərgidə müxtəlif məhsulların reklamı və satışı həyata keçiriləcək.

Qeyd edək ki, bu toplantı ilk dəfə 2001-ci ildə 1500 nəfərin iştirakı ilə keçirilmişdi. Keçən il isə (2018) toplantıda 21 min nəfər iştirak edib.

https://iqna.ir/fa/news/3867018

Teqlər: İQNA ، MAS ، İCNA ، Çikaqo
Ad:
E-poçt:
* Comment: