İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Xuzistan vilayətinin müxtəlif şəhərlərinin əhalisi İslam İnqilabı Keşikçilərinin (SEPAH) Qüds ordusunun komandiri Şəhid Süleymani və silahdaşlarının mübarək cənazələrini izdihamla qarşılayıblar.
Səhər saatlarından küçələrə axışan Xuzistanlılar və yerli məsullar qarşılama və vida mərasimində əzadarlıq ediblər.
Mərasimdə “ölüm olsun İsrailə” və “ölüm olsun Amerikaya” şüarları ilə şəhidlərin intiqamının alınmasını tələb ediblər.