IQNA

23:18 - January 12, 2020
Xəbər sayı: 3486486

Hələb şəhəri raket və minamiyotla atəşə tutuldu

Suriyanın şimalında yerləşən Hələb şəhəri bu gün, həftənin Bazar günü, 12 Yanvar 2020-ci il, "ən-Nüsrə" terror qruplaşması tərəfindən raket və minamiyotla qırx dəfə atəşə tutulub.

Hələb şəhəri raket və minamiyotla atəşə tutuldu

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suriyanın şimalında yerləşən Hələb şəhəri bu gün, həftənin Bazar günü, 12 Yanvar 2020-ci il, "ən-Nüsrə" terror qruplaşması tərəfindən raket və minamiyotla qırx dəfə atəşə tutulub.

Hələb şəhərinin qəsəbə və kəndlərinin terrorçular tərəfindən kəskin atəşə tutulması nəticəsində onlarla sivil insan ölüb və yaralanıb.

Suriya informasiya qaynaqlarının mətbuata açıqlamasında Hələbin Şeyhan, Nil, Şəhba, Şare Tişrin, Məsakinis-Səbil, Xalidiyyə və Zəhra qəsəbələrinin raket və minaatanlarla atəşə tutulduğu deyilib.

Həmin mənbələrin bildirdiyinə görə, təkcə Şəhba, Şare Tişrin, Məsakinis-Səbil və Xalidiyyə qəsəbələrinə atılan raketlər ən azı üç nəfərin ölüməsinə və beş nəfərin yaralanmasına səbəb olub.

https://iqna.ir/fa/news/3871120

captcha