İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın İslami Müqavimət Hərəkatlarından biri olan "Sədr Hərəkatı"nın rəhbəri Seyid Müqatəda Sədr bu gün (14 Yanvar 2020) əhalidən Amerikalə hərbiçilərin əleyhinə və İraqdan çıxmaları tələbi ilə milyonluq yürüşlər keçirməyə dəvət edib.
İraq parlamenti Şəhid Əbu Mehdi Mühəndis və Şəhid Qasim Süleymaninin ABŞ tərəfindən terror edilməsinin ardınca xarici hərbiçilərin, xüsusi ilə də Amerika hərbi qüvvələrinin bu ölkəni tərk etməsi üçün qərar qəbul edib.
Bunun ardınca İraqın "Sədr Hərəkatı"nın rəhbəri Seyid Müqtəda Sədr sosial şəbəkədə öz şəxsi hesabında yazıb: İraqın səması, yeri və hakimiyyət hüquqları işğalçı qoşunların tərəfindən tapdalanır. İraq sizi çağırır, süstlük etməyin, fəryadını eşidin, dadına çatın!
İraqın ən böyük koalisiyası olan FƏTH koalisiyası da əs-Sədrin çağırışına dəstək verib. "İraq xalqı ABŞ-ın işğalı ilə razılaşmadığını nümayiş etdirməlidir", deyə FƏTH koalisiyasının rəhbəri Hadi əl-Əmiri bəyan edib.
"Əshab əl-Həqq" təşkilatının baş katibi Əkrəm əl-Kaabi də milyonluq nümayişləri dəstəklədiklərini bəyan edib.