IQNA

Rusiya hakimiyyəti istefaya getdi

22:08 - January 15, 2020
Xəbər sayı: 3486501
Rusiyanın baş naziri bu ölkə prezidentinin ölkədə əsaslı dəyişikliklərin vacibliyi barədəki çıxışından az sonra özünün və nazirlər kabinetinin bütün üzvlərinin istefa ərizəsini ona təqdim edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiyanın baş naziri Dmitri Medvedev və onun nazirlər kabinetinin bütün üzvləri bu gün öz vəzifələrindən istefa veriblər.

Rusiya prezidenti Vladimir Putin bu istefa ilə razılaşaraq, nazirlərdən istəyibdir ki, yeni hökumətin təşkilinədək işlərin idarə olunmasını davam etdirsinlər.

Putin bu gün öz illik çıxışında bildirib ki, Rusiya əsaslı dəyişikliklərə ehtiyac duyur. O, deyib ki, Rusiya cəmiyyətində dəyişiklik barədəki tələblər aşkardır.

Rusiya məsələləri üzrə müşahidəçilər bildiriblər ki, Putin dəyişikliklərə baş nazirdən başlayıbdır.

Qərar üzrə Medvedev istefadan sonra Rusiya Təhlükəsizlik Şurasının sədr müavini vəzifəsində fəaliyyət göstərməlidir.

Ötən bir ildə Rusiyadakı bəzi qərarlar, o sıradan təqaüdçülük yaşının artırılması dəfələrlə Kremli tənqid edənlərin küçə aksiyaları ilə nəticələnibdir.

https://iqna.ir/fa/news/3871969

Teqlər: rusiya ، medvedov ، iqna
captcha