IQNA

22:27 - January 15, 2020
Xəbər sayı: 3486502
Almaniyalı müsəlman alim, mütəfəkkir, yazar və diplomat Murad Vilfired Hafman uzun çəkən xəstəlikdən sonra Yanvar ayının 13-də, 89 yaşında ikən vəfat edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyalı müsəlman alim, mütəfəkkir, yazar və diplomat Murad Vilfired Hafman uzun çəkən xəstəlikdən sonra Yanvar ayının 13-də, 89 yaşında ikən vəfat edib.

O, 1931-ci ildə Bayren əyalətinin Aşfenburq şəhərində Katolik ailəsində anadan olmuşdu. 1980-cı ilin Sentyabr ayında müsəlmanlığı qəbul etmiş  və Dekabr ayının 25-də bunu rəsmi elan etmişdi. Son illərdə isə Almaniya Müsəlmanların Mərkəzi Şurasının müşaviri idi.  

Murad Vilfired Hafman 1961-1994-cü illərdə Almaniyanın nüvə müdafiəsi məsələləri üzrə mütəxəssis kimi xarici işlər nazirliyində, 1983-87-ci illərdə Şimali Atlantik Müqaviləsi Təşkilatında informasiya şöbəsinin müdiri, həmçinin Mərakeş (1990-1994) və Əlcəzayirdə (1987-1990) Almaniyanın səfiri vəzifəsində çalışmışdı.

Bu müsəlman mütəfəkkir müsəlman ölkələrində yaşadığı zaman onların dinə bağlılığını, mübarizədə əzm, səbr və müqavimətlərini və həmçinin müsəlmanların mədəniyyət və incəsənətlərini görür və İslamla yaxından tanış olur. Bu arada Quran oxumağı öyrənir. Quranı oxuduqdan sonra deyir: "Hər bir şey öz yerində və kamil şəkildə məntiqə uyğundur".

O, "İslam ən yaxşı alternativ" kitabını yazaraq kapitalizm və sekulyar demokratiyanın puç olduğunu isbat etdi.

Murad Vilfired Hafman bu kitabda vurğulayıb: 21-ci əsr İslamın Avropada diriləcəyi əsrdir.  

Murad Vilfired Hafmanın 1985-ci ildə Həcc səfəri və müsəlmanlarla görüşləri barədə xatirələri "İslamda qardaşlığın sərhədi yoxdur" adı çap və nəşr edildi.

Bundan əlavə onun "İslam dininə meyillənmək üçün fəlsəfi metod" və "İslam fəlsəfəsinin rolu" adlı kitabları da çap və nəşr edilmişdir.

https://iqna.ir/fa/news/3871464

Ad:
E-poçt:
* Comment: