IQNA

23:37 - January 16, 2020
Xəbər sayı: 3486511
Londonun 80 km-də yerləşən Kambric məscidi Avropanın ilk eko-məscidi hesab edilir. Bu məscid İngiltərədə 2019-cu ilin ən yaxşı tikililəri arasında ilk 10-luqda yer tutdu.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yanvar ayının 24-də İngiltərənin London şəhərində "Eko-Məscidlər" seminarı keçiriləcək.

Seminarın mövzusu məscidlərin ətraf mühitin qorunmasında və ətraf mühitin çirklənməsinin azaldılmasında rolu olacaq.

İngiltərə Müsəlmanlar Şurası bu seminarı Cümə günü "eko-məsicdlər: keçmişdə, indi və gələcəkdə" adı ilə "Əbrar İslam Mərkəzi"ndə keçiriəcək.

Seminarda məscidlərin ətraf mühitin qorunmasında və ətraf mühitin çirklənməsinin azaldılmasında rolu barədə suallara cavab veriləcək, eko-məscidin xüsusiyyətləri barədə maarifləndirmə aparılacaq və bu barədə mövcud problemlərin həlli yolları araşdırılacaq.

Qeyd edək ki, Londonun 80 km-də yerləşən Kambric məscidi Avropanın ilk eko-məscidi hesab edilir. Bu məscid İngiltərədə 2019-cu ilin ən yaxşı tikililəri arasında ilk 10-luqda yer tutdu.

Bir dəfədə 1000 namazqılan tutumuna malik olan bu məscidin tikilişində ağac və mərmər daşından istifadə edilib. Məscidin elektrik enerjisi Günəşlə təmin edilir.    

https://iqna.ir/fa/news/3871530

Teqlər: eko-məscid ، london ، İQNA ، seminar
Ad:
E-poçt:
* Comment: