IQNA

22:03 - January 20, 2020
Xəbər sayı: 3486530
Həzrət Ayətullah Xamenei: Amerikalıların İran xalqından əsəbiləşmələrinin səbəbi, müstəqil bir quruluşun, oğru bir quldur qarşısında müqaviməti təsvirindən irəli gələn cazibədarlıqdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslam İnqilabının Böyük Rəhbəri Ayətullah Xamenei cənabları İslami təfəkkürün əsasları və onun nümunələrinin şərhini, o cümlədən İran İslam Respublikasının müqavimətini dünya üçün cazibəli adlandıraraq vurğulayıb: Amerikalıların İran xalqından əsəbiləşmələrinin səbəbi, müstəqil bir quruluşun, oğru bir quldur qarşısında müqaviməti təsvirindən irəli gələn cazibədarlıqdır.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahul-Üzma Seyid Əli Xamenei bu gün (20 Yanvar 2020) İranın həcc mərasimi üzrə məsul şəxsləri ilə görüşdə həcc fürsətindən İran İslam Respublikasının yeni sözünü dünyaya çatdımaq yolunda bəhrələnməyə, yəni dini demokratiya meyarına təkid edərək, deyib:

Dini demokratiya meyarı dünya üçün yeni bir şeydir və bu gün İran İslam Respublikasına qarşı fəaliyyət göstərməkdə olan milyonlarla təbliğat vasitəsi qarşısında həcc fürsətindən, bu meyarı, həmçinin Amerikanın düşmənçiliyi və İran xalqının zorakılığa təslim olmaması məntiqinin səbəbi kimi, məsələlərin bəyan edilməsində istifadə etmək olar.

Həzrət Ayətullahuluzma Xamenei siyasi, dini və ictimai bir hərəkət kimi həcc məsələsinin önəminə təkid edərək, əlavə ediblər: Əlbəttə, bir çox ölkə həccin əhəmiyyəti və mühüm istifadələrindən qəflətə qapılıb, amma həcc ciddi və beynəlxalq bir fəaliyyət nöqtəsidir və İslam Ümməti üçün, ondan böyük mənfəətlər gözlənilir.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin dünya güclərinin vahid İslam Ümmətinin formalaşmasının qarşısının alınması üzrə müxtəlif səylərinə toxunaraq, deyiblər: İslam Ümməti, sözün əsl mənasında, yəni müştərək iradə və hədəflə hərəkət edəcək sıx bir məcmuə kimi hələ formalaşmayıb və təəssüflər olsun ki, ürəkyananların və xeyirxahların islami birliyə çağırışları qarşısında islami ölkələrdə savaş, təcavüz və töhmətvurma rəvac tapıbdır

Həzrət Ayətullahuluzma Xamenei amerikalıların “İran adi bir ölkəyə çevrilməlidir” ifadəsindəki məqsədlərini, İran İslam Respublikasının dünya üçün yeni sözündən, yəni “cəmiyyətin təşkili və idarəsində xalqın səslərinin dini əsaslar və islami təfəkkürlərlə birləşməsi” təfəkküründən əl çəkməsi adlandırıb və belə əlavə ediblər: İran İslam Respublikası quruluşunun siyasi əsaslarının və onun dünya üçün yeni sözünün bəyanının inikası, həccdə lazım və mühüm olan işlərin digər birisidir.

https://iqna.ir/fa/news/3872952

Ad:
E-poçt:
* Comment: