IQNA

23:41 - January 26, 2020
Xəbər sayı: 3486565
Latın Amerikasında yerləşən Barbedos respublikasının məscidlərindən biri dünya irsinin qiymətli tarixi abidə və əsəri kimi qeydə alınıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Latın Amerikasında yerləşən Barbedos respublikasının məscidlərindən biri dünya irsinin qiymətli tarixi abidə və əsəri kimi qeydə alınıb.

Barbados məscidi 1957-ci ildə tikilib.

Məscidə dünən (25 Yanvar 2020) Barbadosun milli "ağ və mavi" simvolu hədiyyə edilib.

Bu simvol Barbadosda milli baxımdan dəyərli əsərlərə verilir.

Məscid idarə heyətinin rəisi Məhəmməd Əhməd bu barədə deyib: Keçən altı on illik ərzində bu məscid təkcə ibadət yeri deyil, həm də təhsil və təfəkkür məkanı idi.

Qeyd edək ki, bu ölkə Karib dənizi və Şimali Atlantika okeanı arasında və Venezuelanın şimal-şərqində yerləşir. 279 minlik cəmiyyətinin iki faizi müsəlmandır.   

https://iqna.ir/fa/news/3874316/

 

Ad:
E-poçt:
* Comment: