IQNA

10:46 - January 30, 2020
Xəbər sayı: 3486588
Şahrox Xan vurğuladı: Biz heç vaxt mənim müsəlman və yoldaşımın "hindu" olması məsələsini dartışmamışıq. Həyat yoldaşım "hindu", mən isə müsəlmanam. Uşaqlarımız isə Hindistanlıdırlar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın məşhur kino ulduzu Şahrox Xan televiziya proqramlarından birində İslami kimliyini təsdiqlədi.

Məşhur kino ulduzu Şahrox Xan televiziya proqramında müsəlman olduğunu önə çəkərək dedi: Həyat yoldaşım və mən əqidə baxımından fərqli yolda olmağımıza baxmayaraq heç vaxt evimizdə buna görə mübahisə yaranmır.

Şahrox Xan vurğuladı: Biz heç vaxt mənim müsəlman və yoldaşımın "hindu" olması məsələsini dartışmamışıq. Həyat yoldaşım "hindu", mən isə müsəlmanam. Uşaqlarımız isə Hindistanlıdırlar.

"Mən İslam dininin əsaslarına inanıram və inanıram ki, İslam dini gözəldir" – deyə Şahrox Xan əlavə edib.

Qeyd edək ki, Hindistanın cəmiyyətinin 14.0 faizini (195 milyon nəfər) müsəlmanlar təşkil edir.  

https://iqna.ir/fa/news/3874197

Ad:
E-poçt:
* Comment: