IQNA

Bişkekin ticarət mərkəzində hicab günü keçirilib- Foto

12:54 - February 05, 2020
Xəbər sayı: 3486632
Bişkekli qadınların izdihamlı iştirakı ilə "Bişkek Park" ticarət mərkəzində keçirilən bu mərasimdə barədə Qırğızıstanın "Ümmət" Müsəlman Qadınlar Jurnalı məlumat verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qırğızıstanın paytaxtı Bişkek şəhərinin ticarə mərkəzlərindən birində beynəlxalq hicab günü qeyd edilib.

Bişkekli qadınların izdihamlı iştirakı ilə "Bişkek Park" ticarət mərkəzində keçirilən bu mərasimdə barədə Qırğızıstanın "Ümmət" Müsəlman Qadınlar Jurnalı məlumat verib.

Bu mərasim dörd ildir ki, Qırğızıstanın "Ümmət" Müsəlman Qadınlar Jurnalının təşəbbüsü ilə keçirilir.

Siyasi, iqtisadi və mədəni sahələrdə fəal olan qadınların iştirakı ilə keçirilən mərasimdə müsəlman qadınların hüquqları müdafiə edilir.

Ölkənin inkişafında qadınların, xüsusi ilə də dindar xanımların rolu barədə danışılır.  

Qırğızıstanın "Ümmət" Müsəlman Qadınlar Jurnalının baş redaktoru Elyana Səttarova deyib: Beynəlxalq hicab günü müsəlman xanımların hüquqlarının müdafiəsi günüdür.  

İran İslam Respublikasının Bişkekdəki Mədəniyyət Mərkəzinin nümayəndələri də mərasimdə iştirak ediblər və müxtəlif sahələrdə aktivlikləri ilə fərqlənən xanımlara hədiyyələr veriblər.  

Qeyd edək ki, 2014-cü ilin Fevral ayının 1-dən bu gün müsəlman xanımların hüquqlarının qorunması kimi qeyd edilir və 116 ölkədə xanımlar bu günü bayram edirlər.

https://iqna.ir/fa/news/3876711

Teqlər: iqna ، hicab günü ، bişkek
captcha