IQNA

20:59 - February 12, 2020
Xəbər sayı: 3486670
İranın Bakıdakı səfiri Azərbaycan Respublikası prezidentinin qarşıdakı günlərdə Tehrana səfər edəcəyini bildirib.

Cavad Cahangirzadə Bakıda keçirilən İran İslam İnqilabı qələbəsinin 41-ci ildönümü mərasimində deyib ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyev İran İslam Respublikası perzidenti Həsən Ruhaninin oktyabrın 24-də Bakıya olmuş səfərinə cavab olaraq, qarşıdakı günlərdə Tehrana səfər edəcək.

İran və Azərbaycan Respublikası siyasi, iqtisadi və mədəni əlaqələrin gücləndirilməsi istiqamətində müxtəlif sahələrdə 150-dən çox ikitərəfli əməkdaşlıq sənədi imzalayıblar və regionda sülh və sabitliyin bərqərarı üçün də eyni və vahid mövqeyə malikdirlər.

İki ölkə narkotik maddələr qaçaqmalçılığı, mütəşəkkil cinayətlər və terrorizm ilə mübarizədə də bir-biri ilə yaxın əməkdaşlığa malikdir.

Ad:
E-poçt:
* Comment: