IQNA

23:55 - February 14, 2020
Xəbər sayı: 3486685
İntiqam saatı üçün geri sayım başlayıb. İraq müqavimət güclərinin işğalçılara verəcəyi hərbi cavab qətiyyətli, sürpriz və dağıdıcı olacaq.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın NÜCƏBA İslam Müqaviməti Hərəkatının baş katibi Höccətul-İslam vəl-müslimin Şeyx Əkrəm əl-Kəəbi deyib: İntiqam saatı üçün geri sayım başlayıb. İraq müqavimət güclərinin işğalçılara verəcəyi hərbi cavab qətiyyətli, sürpriz və dağıdıcı olacaq.

İraqın NÜCƏBA İslam Müqaviməti Hərəkatının baş katibi Höccətul-İslam vəl-müslimin Şeyx Əkrəm əl-Kəəbi Tehranda keçirilən "təhlükəsizlik və müqavimət şəhidlərinin 4-cü beynəlxalq konqresi"ndəki çıxışında hazırda İraqın işğalçılar ilə həlledici bir savaş girdiyini bildirib.  

İslam İnqilabının dünyada, regionda və İraqda müsbət dönüş yaratdığını və İran İslam Respublikasının, xüsusi ilə də Şəhid Qasim Süleymaninin İraqdan terroristlərin qovulmasında köməklərindən danışan əl-Kəəbi deyib: Dinə və vətənə vəfadarlığımızın isbatı və şəhidlərimizin intiqamı üçün atacağımız ən kiçik addım budur ki, regionu Amerikalıların nəhs vücudundan təmizləyək.

İraqın NÜCƏBA İslam Müqaviməti Hərəkatının baş katibi Höccətul-İslam vəl-müslimin Şeyx Əkrəm əl-Kəəbi vurğulayıb: İslami Müqavimət Hərəkatı böyük bir qəhrəmanlıq yaratmaq və şəhidlərin intiqamını almaq üçün hazırdır. Biz şəhidlik qüslü vermişik. İraqdakı bütün ofislərimizi bağlamışıq. İqtidarın müadiləsini dəyişəcək bir döyüşə hazırlaşırıq. Biz "cavab vermək haqqı"mızdan istifadə edərək aşkara intiqam alacayıq. Bunun bütün məsuliyyətini də rəsmi şəkildə və şücaətlə qəbul edəcəyik.

O əlavə edib: Bu gün hərtərəfli hücuma hazırıq. Düşmənin bütün hərəkətlərini izləyirik. Amerikanın "eynul-əsəd", "k-1", "taci", "mətar"", "sazir" və digər hərbi bazalarını nəzarətdə saxlayırıq.

əl-Kəəbi vurğulayıb: İraq Hüseyn ibn Əlinin (ə) diyarıdır. Haqqın batil əleyhinə savaşının meydanıdır. Bizim güllələrimiz onların ən son əsgərini belə hədəfə alacaq. Bağdad hava limanı amerikalı hərbiçilərin cəhənnəmə gedən yolu olacaq.

İraqın NÜCƏBA İslam Müqaviməti Hərəkatının baş katibi sonda Amerika hərbiçilərinə səslənərək deyib: Evinizə qayıdın! Biz şah damarınızdan da sizə yaxınıq! Hər yer sizin üçün qorxuludur! Hər bir kəs sizin həyatınız üçün təhdidir! Biz gözləmədiyiniz yerdən sizə hücum edəcəyik! Öz vətənizdə dəfn edilmək sizin ən az vətəndaşlıq haqqınızdır! İcazə verməyin ABŞ siyasətçiləri bu haqqı sizdən alsınlar! Seçim sizindir!  

https://iqna.ir/fa/news/3878723

Teqlər: İQNA ، NÜCƏBA ، İraq ، ABŞ ، hərbi qüvvə
Ad:
E-poçt:
* Comment: