IQNA

11:00 - February 28, 2020
Xəbər sayı: 3486776
Tehran (IQNA) - İSESKO-nun baş direktoru Salim Əl-Malik cari ilin sonunda İslam aləmində 2050-ci ilədək mükəmməl təhsil proqramına start veriləcəyini elan edib.
İSESKO-nun baş direktoru Salim Əl-Malik cari ilin sonunda İslam aləmində 2050-ci ilədək mükəmməl təhsil proqramına start veriləcəyini elan edib.
Maide.Az "azərtac"a istinadla xəbər verir ki, O, dünyanın hər yerindən tədqiqatçıları bu proqrama dəstək göstərməyə çağırıb.
 “İSESKO-nun proqnozlaşdırma proqramı" adlanan yeni təşəbbüs beynəlxalq proqnozlaşdırma mərkəzləri ilə birlikdə gənc alimlər üçün təlimlər, konfranslar keçirilməsini nəzərdə tutur.
Təşkilatın baş direktoru Almaniyanın Konrad Adenauer Fondu illə birgə təşkil etdiyi Gələcək Forumunda bildirib ki, yeni proqram dünyanın müxtəlif ölkələrindən 30 ekspertin iştirakı ilə təhsildə süni intellektdən istifadəni də ehtiva edir.
Onun sözlərinə görə, İSESKO yeni layihələrin dəstəklənməsində mühüm rol oynayacaq və İslam aləmində yeni texnologiyalara əsaslanan təhsilin habına çevriləcək.
Baş direktor əlavə edib ki, proqramın yerinə yetirilməsi gedişini təhlil etmək və layihələri qiymətləndirmək məqsədilə Gələcək Forumunun hər il keçirilməsi və bu ilin iyununda "Gələcəyin Karyerası Forumu"nun təşkili nəzərdə tutulur.
Ad:
E-poçt:
* Comment: