IQNA

İsmayıl Haniyə: Rusiya "əsrin müqaviləsi" layihəsinə müxalifdir

7:55 - March 04, 2020
Xəbər sayı: 3486822
Tehran (IQNA) - HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Fələstin barışığı üçün Rusiyaya 4 təklif etdiklərini və bu təkliflərin qəbul edildiyini söyləyib.

RT televiziyasına açıqlama verən Haniyə, belə deyib: “HƏMAS Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə reallaşan görüşdə, Fələstin barışığının təmin edilməsi üçün 4 təklif təqdim etdi”.

İsmayıl Haniyə təqdim etdikləri təkliflərdən birincisinin İordan çayının qərb sahili və Qəzzada Fələstin seçkilərinin keçirilməsi, ikincisinin İordan çayının qərb sahilinin xaricində və bütün Fələstinli qrupların qatılacağı milli bir yığıncaq təşkil edilməsi, üçüncüsünün Fələstinli qrupların ümumi katibliyinin toplanması, dördüncüsünün isə milli birlik hökumətinin qurulması olduğunu qeyd edib.

Haniyə Lavrovun HƏMAS-ın gətirdiyi təklifləri qəbul etdiyini və mövcud siyasi şərtləri nəzərə alaraq fələstinlilərin birlik içində olmasının zəruri olduğunu vurğuladığını qeyd edib.

Müqavimət qruplarının əlindəki silah məsələsinin Lavrovla görüşün mövzusu olmadığını qeyd edən Haniyə, belə davam edib: “Əksinə, Rusiyanın Fələstin inqilabında tarixi bir varlığı var. Buna görə müqavimətin silahları ilə bağlı hər hansı bir fikir söyləməsi mümkün deyil”.

Misirlə əlaqələrin çox yaxşı olduğunu və danışıqların davam etdiyini söyləyən Haniyə, Rifah sərhəd-keçid məntəqəsinin iki ildir açıq olduğunu və Qəzza ilə Misir arasındakı ticarətin Qəzzadakı maddi vəziyyətin yaxşılaşmasına kömək etdiyini söyləyib.

İsrail rejimi ilə olan atəşkəs mövzusuna da toxunan Haniyə, Təl-Əviv rəhbərliyinin atəşkəsi pozduğunu, müqavimət qruplarının da buna cavab verdiyini bildirib.

Haniyə HƏMAS-ın Körfəz ölkələriylə əlaqələrini də güclü və tarixi olaraq xarakterizə edərək belə deyib: “Fələstin məsələsi ilə Qüds bütün ərəblərin və müsəlmanların, xüsusən Körfəz ölkələrinin vicdanındadır”.

3883082

captcha