IQNA

ABŞ Ordusunun generalı sanki koronavirusun "bioloji silah"ları olduğunu etiraf etdi

23:37 - March 13, 2020
Xəbər sayı: 3486902
Tehran (IQNA) - Asiya və Şimali Afrika üzrə komandanı general Kenneth McKenzie bu açıqlaması ilə sanki koronavirusun silah olduğunu etiraf edib.

ABŞ Ordusunun Asiya və Şimali Afrika üzrə komandanı general Kenneth McKenzie maraqlı açıqlaması ilə gündəmə gəlib.

O İranı koronavirus qurbanlarının sayını gizlətməkdə ittiham edərək,  bu virusdan ölənlərinin daha çox olduğunu iddia edib.

ABŞ Ordusunun generalı koronavirusun İrana güclü təsir edəcəyini bildirərək, sanki koronavirusun “ABŞ-ın güclü bioloji silahı” olaraq etiraf edib.

Qeyd edək ki, Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan  koronavirusun ABŞ Ordusu tərəfindən Çinə gətirilmə ehtimalının yüksək olduğunu qeyd edib.

Çjao Litszyan "Koronavirus (Covid 19) Vuhana gətirən ABŞ Ordusu ola bilər. Şəffaf olun. Məlumatlarınızı xalqa açıqlayın. ABŞ bizə bir açıqlama verməyə borcludur.", - deyə bildirib.

İranın Ali Dini Lideri Ayətullah Xamenei də "koronavirusla mübarizə qərargahı"nın qurulması və orduya tapşırılması qərarında "bioloji hücum ehtimalı"nı qeyd edib.

Islamazeri

captcha