IQNA

16:03 - March 16, 2020
Xəbər sayı: 3486924
Tehran (IQNA) -  Əlcəzayirin Dini İşlər Nazirliyinin Fətva idarəsi koronavirusa yoluxmuş insanların məscidlərdə namaz qılmasını və ümumi məkanlarına çıxmasını haram elan etdi.

"Rusiya əl-Yovm"un verdiyi xəbərə görə, Əlcəzayirin Dini İşlər Nazirliyinin "Fətva İdarəsi" ötən gün (15 Mart 2020) keçirdiyi iclasında sonunda vurğulayıb: Koronavirusa yoluxmuş şəxslərin ölkənin məscidlərində namaz qılması haramdır və onlara vacibdir ki, cəmiyyətin digər fərdlərindən uzaq dursunlar.

Əlcəzayirin Dini İşlər Nazirliyinin "Fətva İdarəsi" bəyaniyyə yayaraq vətəndaşların dövlətin ümumi məkanlarda virusun yayılmasının qarşısını alan qabaqlayıcı proqramlarına riayət etməyi şəri baxımdan vacib və bu göstərişlərdən kənara çıxmağın haram və günah olduğunu vurğulayıb.

Bəyaniyyədə deyilir ki, vətəndaşlar ümumi sanitariya və gigieniya qaydalarına əməl etməli, ümumi məkanlara getməməli, qeyri-zəruri səfərlərdən çəkinməli və şübhəli məqamlarda təcili səhiyyə mərkəzlərinə müraciət etməlidirlər.

Bəyaniyyədə vurğulanıb: Koronavirusa yoluxanların və ümumiyyətlə soyuqdəymə (qrip və anfulanza) əlamətləri olan şəxslərin ümumi məkanlara getmələri, o cümlədən məscidlərdə namaz qılmaları haramdır.

Əlcəzayirin Dini İşlər Nazirliyinin "Fətva İdarəsi" bəyaniyyə yayaraq xəstələrin, qadınların, qocaların və uşaqların Cümə və camaat namazına getməyi qadağan elan edib və həmçinin qadınlara aid namazxanaların və məscidlərin kitabxanalarının bağlanmasına göstəriş verib.

Bəyaniyyənin davamında deyilir ki, namazların evlərdə qılınması daha məqsədə uyğundur. Sağlam insanların məsciddə camaat namazı qılması, Cümə namazı və xütbələri 10 dəqiqədən artıq olmamalıdır. Namazdan dərhal sonra məscidlər bağlanmalı, məscidlərdə keçirilən mədəni fəaliyyətlər və dini dərslər tətil edilməlidir.

3885775

Ad:
E-poçt:
* Comment: