IQNA

22:44 - April 03, 2020
Xəbər sayı: 3487012
Yahya Əs-Sinvar İsrail rejiminin müharibə naziri Naftali Bennettin Həmasın əlindəki sionist əsgərlərin cənazələrinin təhvil verilməsi şərti ilə Qəzzaya tibbi yardım göstəriləcəyi şərtinə cavab verib.
Həmasın Qəzza rəhbəri Yahya Əs-Sinvar İsrail rejiminin müharibə naziri Naftali Bennettin Həmasın əlindəki sionist əsgərlərin cənazələrinin təhvil verilməsi şərti ilə Qəzzaya tibbi yardım göstəriləcəyi şərtinə cavab verib.
Maide.Az "Fələstin İnformasiya Mərkəzinə" istinadla xəbər verir ki, O, "tibbi avadanlıqlar və tənəffüs cihazları Qəzzaya göndərilməsə, 6 milyon israillinin nəfəs ala bilməyəcəyi bir şey edərik və hüquqlarımızı zor gücündən istifadə edərək alacağıq", - deyə bildirib.
Sionist rejim zindanlarında əsir saxlanılan fələstinlilərin vəziyyətinin Həmas və Qəssam Briqadasının prioritetlərindən biri olduğunu deyən Əs-Sinvar belə davam edib:
"Bəzi vasitəçilərin fikrincə, sionist rejimdəki siyasi böhran və yeni hökumətin uğursuz olması səbəbindən məhbus mübadiləsi dayandırılır. Vasitəçilərə dedik: Şalit razılaşmasından sonra sionist İsrail tərəfindən həbs olunan fələstinlilər azadlığa çıxana qədər məhbus məsələsini müzakirə etməyəcəyik. Qəssam Briqadası sionist rejim zindanlarında əsir düşən fələstinlilərin koronavirusa tutulmasını diqqətlə izləyir.
Ad:
E-poçt:
* Comment:
* captcha: