IQNA

23:17 - April 17, 2020
Xəbər sayı: 3487095
Tehran (IQNA) - Fələstin Dövlət Başçısı Mahmud Abbas Fələstinli Məhbuslar günü münasibətilə yayımladığı yazılı açıqlamada İsraildən fələstinlilərin həbsxanalardan sərbəst buraxılmasını istəyib.
Həbsdə olanları "azadlıq döyüşçülərinin qəhrəmanları" olaraq xarakterizə edən Abbas, mesajında belə deyib:
"İsrail həbsxanaları boşaldılmadan əvvəl heç vaxt son sülh müqaviləsini imzalamayacağımıza dair sözümüzü təkrarlayırıq. Qəhrəman məhbuslarımızdan və ailələrindən imtina etmək üçün heç bir təzyiq göstərməyəcəyik. Ləyaqətli həyat yaşamaları üçün lazım olan bütün dəstəyi verməyə davam edəcəyik."
İsrailin, xüsusən də koronavirus epidemiyası səbəbiylə həbsxanalardakı xəstələrin, qadınların və uşaqların həyatı üçün məsuliyyət daşıdığını vurğulayan Abbas, beynəlxalq ictimaiyyəti və insan haqları təşkilatlarını İsrailə təzyiq edərək məhbusları xilas etmək üçün müdaxilə etməyə çağırıb.
Fələstin Milli Məclisi 17 aprel 1974-cü il tarixli qərarı ilə İsrail həbsxanalarındakı fələstinlilərə dəstək üçün hər il 17 aprel tarixini "Fələstinli Məhbuslar Günü" elan edib.
Rəsmi Fələstin mənbələrinə görə, İsrail həbsxanalarında 5 mindən çox fələstinli var ki, onlardan təxminən 500-i inzibati məhbus və 230-u uşaqdır.
Ad:
E-poçt:
* Comment:
* captcha: