IQNA

19:53 - April 19, 2020
Xəbər sayı: 3487109
Tehran (IQNA) – Həzrət İmam Əlinin (ə) müqəddəs hərəmi uzaq məsafədən Quran öyrədilməsi üçün kişilərə məxsus kurslar təşkil edib.  

İmam Əlinin (ə) hərəminin nəzdində fəaliyyət göstərən Quran Mərkəzinin təşkil etdiyi virtual təlim kurslarına 510 nəfər qatılıb.

Quran.imamali.net informasiya portalının verdiyi xəbərə görə, koronavirusla mübarizə çərçivəsində ölkədə karantin rejiminin tətbiqi və kütləvi toplaşmaların qadağan edildiyi üçün digər təhsil ocaqları kimi Quran tədris mərkəzləri də fəaliyyətini dayandırıb.

Buna görə də İmam Əlinin (ə) hərəminin Quran Mərkəzi bu dərslərin "online" və virtual keçirilməsi üçün kurslar təşkil edib.

Bu kurslarda şagirdlərə tilavətin hökmləri, təcvid, Quran elmləri, Quranın hifzi və Misr üslubu ilə musiqi məqamları öyrədilir.   

3892705

آغاز آموزش مجازی قرآن کریم در آستان علوی + عکس

آغاز آموزش مجازی قرآن کریم در آستان علوی + عکس

آغاز آموزش مجازی قرآن کریم در آستان علوی + عکس

آغاز آموزش مجازی قرآن کریم در آستان علوی + عکس

 

Ad:
E-poçt:
* Comment:
* captcha: