IQNA

13:54 - April 22, 2020
Xəbər sayı: 3487124
Tehran (IQNA) - Bir çox ölkələrdə vətəndaşlar evdə ibadətə dəvət olunur. İzdihamlı toplantıların keçirilməsi qadağan edilib və müsəlmanlara "evdə iftar etmək" çağırışı olunub.

İslam dünyası bu il ümumiyyətlə alışmadığı "qeyri-adi" Ramazan ayına hazırlaşır. Koronavirus tədbirləri, ictimai məsafələr qaydası, komendant saatları və karantin çərçivəsində bağlanan məscidlər dünyanın müxtəlif yerlərindəki müsəlmanlara fövqəladə bir ay bəxş edəcək.

Bir çox ölkələrdə vətəndaşlar evdə ibadətə dəvət olunur. İzdihamlı toplantıların keçirilməsi qadağan edilib və müsəlmanlara "evdə iftar etmək" çağırışı olunub.

250-dən çox ölkəyə və 2 milyona yaxın insana təsir edən koronavirus Misirdən Malayziyaya qədər dünyanın müxtəlif yerlərində yaşayan 1,8 milyard müsəlmanın "fövqəladə" tədbirlər altında Ramazan ayına girməsinə səbəb oldu.
 
Azərbaycan
Azərbaycanda koronovirus səbəbiylə məscidlər ibadətə bağlanıb.
Ramazanın ilk həftəsi karantin dövrünə düşür. Növbəti həftələrdə karantin rejimi aradan qaldırılarsa məscidlər ibadətə açıla bilər.
 
Türkiyə
 
Türkiyədə koronavirüs tədbirləri çərçivəsində məscidlərdə Cümə namazları qılınmır. Ramazandan bir neçə gün əvvəl Din İşləri Nazirliyi evdə ibadətə çağırış edib.
Nazir Əli Erbaş Ramazan ayı üçün iftar süfrələri qurmaq əvəzinə, iftar paketləri ilə kömək çağırışını səsləndirib. 
 
Səudiyyə Ərəbistanı
 
Səudiyyə Ərəbistanı baş müftisi Əbdüləziz Əl-Şeyx yeni növ koronavirus epidemiyası səbəbiylə namazların Ramazan ayında evlərdə qılınacağını açıqladı.
Səudiyyə Ərəbistanında Kovid-19 səbəbiylə məscidlərdə namazların və camaat namazlarının dayandırılması, məscidlərdə Ramazan ayında iftar verilməsi, bulaqların yanında stəkan qoyulmaması, yemək və xurma verilməməsi qərara verib.
Ölkədə epidemiya səbəbiylə Məkkədəki Hərəmi-Şərif və Mədinədəki Məscid əl-Nəbəvi də 20 mart tarixindən bağlıdır. 
 
Fələstin
Qüds ilk dəfə Ramazan ayında Məscidül-Əqsasız qalacaq. İşğal edilmiş Şərqi Qüdsdə olan Hərəmi-Şərif Ramazan ayında ilk dəfə ibadət üçün bağlanacaq.
 
İran
İran prezidenti Həsən Ruhani təxminən 1 ay əvvəl tətbiq olunan karantinin may ayının ilk həftəsinə qədər davam edəcəyini söylədi. Ruhani iranlıları evdə ibadət etməyə çağırdı.
 
Pakistan
Dünyada ikinci ən çox müsəlman əhalisi olan Cənubi Asiya ölkəsi olan Pakistanda koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlər çərçivəsində məscidlərdə kütləvi namaz qılmaq qadağası ləğv edilib.
Ramazan ayının başlamasına bir həftədən az vaxt qalmış hökumətdən verilən açıqlamada, "Məscidlərdə lazımi tədbirlərin görülməsi şərti ilə camaatla namazlarınaa icazə veriləcək", deyə bildirilib. Məscidə gedən insanlar maska   geyinməlidirlər.
 
Misir
Misirdə hər il Ramazan ayında qurulan ənənəvi yardım masalarının qadağan edildiyi açıqlandı. Məscidlərdə etikaf qadağan edildi. Misirdə məscidlər virusun yayılmasının qarşısını almaq üçün bir ay bağlanıb.
 
Əfqanıstan
Əfqanıstandakı yardım qrupları, Ramazan ayından əvvəl qida yardımı istəyən insanların sayının artdığını bildirdi. Ölkənin şəhərlərində koronavirusla əlaqəli tədbirlər ərzaq ehtiyatlarını azaltdı və işsizliyin artmasına səbəb oldu.
 
Malayziya
Epidemiya səbəbindən Malayziyada əksər məktəb və müəssisələr bağlanıb. Ölkədə məscidlər açılsa da, sosial məsafə qaydasına riayət etmək üçün çağırışlar edilir. Hər il Ramazan ayı üçün xüsusi qurulan bazarlar bu il qurulmayacaq.
 
İndoneziya
Ramazan ayı və tətil dövründə ölkədə bir yerdən digər yerə getmək koronavirusa görə qadağan edilib.
 
Maide.Az 

 

 

Ad:
E-poçt:
* Comment:
* captcha: