IQNA

12:18 - April 25, 2020
Xəbər sayı: 3487132
İran İslam Respublikasının prezidenti dünən müxtəlif müraciətlərdə mübarək Ramazan ayının gəlməsi münasibətilə islami ölkələrin başçılarını təbrik edib.

Həsən Ruhani bu müraciətlərdə ilahi rəhmət və bağışlanma və Quranın nazil olduğu ay olan Ramazan ayının gəlməsini təbrik edərək, ümidvarlıq edibdir ki, bu şərəfli ayın bərəkətinə və bu feyz və xeyirlə dolu ayda mənəviyyat əldə etmək vasitəsilə islami ölkələr arasındakı münasibətlərin daha da möhkəmləndirilməsi və gücləndirilməsinə şərait yaradılacaq.

İran İslam Respublikasının prezidenti həmçinin ümidvarlıq edibdir ki, ölkələr arasında təcrübə mübadiləsi və birgə həmkarlıqla COVID-19 virusu ilə mübarizə prosesi sürətlənəcək və bütün dünyada bu virusun təsirdən düşməsinin şahidi olacağıq.

Ruhani bu müraciətlərin sonunda Allah-Taaladan feyzlə dolu Ramazan ayında islami ölkələrin başçılarının ibadət və oruclarının qəbul olunmasını diləyib, müsəlmanlara səadət və başıucalıq arzu edibdir.

Ərəbistan, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Oman və Suriya kimi bəzi islami ölkələrdə dünən, İran İslam Respublikası, Azərbaycan Respublikası və İraq da daxil olmaqla bir sıra islami ölkədə isə bu gün, şənbə günü mübarək Ramazan ayının birinci günüdür.

Sahartv

Teqlər: Ruhani ، Həsən Ruhani ، Ramazan ، iqna
Ad:
E-poçt:
* Comment:
* captcha: