IQNA

İran-İraq sərhədi bu yaxında açılacaq

23:38 - April 25, 2020
Xəbər sayı: 3487135
Tehran (IQNA) -  İraq dövləti bu gün (25 Aprel 2020) İran İslam Respublikasının sərhədində yerləşən üç buraxılış məntəqəsinin yaxın günlərdə fəaliyyətə başlayacağını xəbər verib.  

İraqın Sərhəd Gömrük Keçid Məntəqələri İdarəsinin rəisi Ömər əl-Vaili bu gün (Şənbə, 25 Aprel 2020) İran İslam Respublikası ilə ticarət əlaqələrinin yenidən bərpası hədəfi ilə iki ölkənin sərhədlərində yerləşən üç keçid məntəqəsinin yaxın günlərdə açılacağını deyib.

Ömər əl-Vaili iki ölkə arasında sərhədlərinin işinin bərpa edilməsi İraq və İran rəsmilərinin istəyi əsasında həyata keçiriləcək.

O əlavə edib: İraqın baş naziri Bəsrə vilayətinin Şələmçə, Vasit vilayətinin "Zərbatiyə" və Diyalə vilayətinin "Məndili" sərhəd keçid məntəqələrinin həftədə bir gün fəaliyyəti ilə razılaşıb.

İraqın Sərhəd Gömrük Keçid Məntəqələri İdarəsinin rəisi sərhəddə koronavirusla bağlı təhlükəsizlik tədbirləri gücləndirildikdən sonra bu göstəriş icra ediləcək.

3894143

captcha