IQNA

Ayətullah İbrahimin Əminin dəfn mərasimi keçirilib

2:33 - April 27, 2020
Xəbər sayı: 3487139
Tehran (IQNA) - Əxlaq müəllimi və Qum Ali Dini Elmi Hövzəsinin ustadı Həzrət Ayətullah İbrahim Əmini mübarək Ramazan ayının 2-də (26 Aprel 2020) Həzrət Məsumənin (ə) müqəddəs hərəmində dəfn edilib. 

İran İslam Respublikasının müqəddəs Qum şəhərində yerləşən Ali Dini Elmi Hövzənin ustadı, əxlaq müəllimi və bir çox dəyərli dini əsərlərin müəllifi Ayətullah İbrahim Əmini uzun sürən xəstəlikdən sonra keçən həftənin Cümə gecəsi, 24 Aprel 2020-ci il, 1441-ci ilin mübarək Ramazan ayının ilk gecəsi Qum şəhərinin Şəhid Behişti xəstəxanasında dünyasını dəyişib.  

Ayətullah İbrahim Əmini Tehran əhalisinin Ali Rəhbərin Seçilməsi Məclisində nümayəndəsi və İslami hakimiyyət sisteminin məsləhət şurasının üzvü vəzifələrində çalışıb.

Ayətullah İbrahim Əmini uzun müddət Qum şəhərinin Cümə xətibi, Həzrət Məsumənin (ə) hərəminin camaat imamı olmuş, hövzə və universitetdə ustad dərs demişdir. Onun dini maarif sahəsində 30-dan çox kitabı vardır.

kod

Əxlaq müəllimi və Qum Ali Dini Elmi Hövzəsinin ustadı Həzrət Ayətullah İbrahim Əmini mübarək Ramazan ayının 2-də (26 Aprel 2020) Həzrət Məsumənin (ə) müqəddəs hərəmində dəfn edilib. 

3894464

captcha