IQNA

Ramazan ayının müstəhəb namazları

22:56 - May 01, 2020
Xəbər sayı: 3487164
Tehran (IQNA) - Mübarək Ramazan ayının gecələri Allah-Taala ilə razü-niyaz üçün ən yaxşı fürsətdir. Müstəhəb namazlar isə bunun üçün ən yaxşı vasitədir.

Məsumlarımız (ə) müxtəlif müstəhəb namazları Pərvərdigar ilə mənəvi əlaqə yaratmaq və daha çox savab əldə etmək üçün tövsiyə ediblər. Burada sizi Məhəmmədfəqih Əhmədabadinin qələmə aldığı "Kənzul-məram fi əəmali şəhris-siyam" kitabında (s. 74 və 490) Ramazan ayı üçün tövsiyə edilmiş müstəhəb namazlarla tanış edəcəyik. 1). Ramazan ayı boyunca mübarək ayın gecələrində ümumilikdə 1000 rəkət nafilə namazı qılmaq. 1-ci gecədən 20-ci gecəyədək hər gecə hər biri 2 rəkət olmaqla 10 namaz qılmaq (= hər gecə 20 rəkət). 21-ci gecədən sonuncu gecəyədək hər biri 2 rəkət olmaqla 15 namaz qılmaq (= hər gecə 30 rəkət). 2). Qədr gecələrinin hər birində hər biri 2 rəkət olmaqla 50 namaz qılmaq (= hər bir Qədr gecəsində 100 rəkət namaz). Bu gecələrdə 1-ci bənddə deyilən 20 və 30 rəkətlik namazları qılmaq lazım deyil. Mübarək Ramazan ayının nafilə namazlarından sonra aşağıdakı duanı oxumaq yaxşıdır: «اَللّهُمَّ اجْعَلْ فیما تَقْضی وَتُقَدِّرُ مِنَ الامْرِالْمَحْتُومِ، وَفیما تَفْرُقُ مِنَ الاْمْرِالْحَکیمِ فی لَیْلَة‌الْقَدْرِ اَنْ تَجْعَلَنی مِنْ حُجّاجِ بَیْتِکَ‌الْحَرامِ، الْمَبْرُورِ حَجُّهُمْ، اَلْمَشْکُورِ سَعْیُهُمْ، اَلْمَغْفُورِ ذُنُوبُهُمْ، وَاَسْاَلُکَ اَنْ تُطیلَ عُمْری فی طاعَتِکَ، وَتُوَسِّعَ لی فی رِزْقی یا اَرْحَمَ الرّاحِمینَ.» 3). Ramazan ayının Cümələrində qılınan namaz: Bu namaz 10 rəkətdir. Əvvəlcə iki 2 rəkətli namaz (4 rəkət) Əmirulmöminin İmam Əliyə (ə) hədiyyə niyyəti ilə qılınır. Hər bir rəkətdə Fatihə (Həmd) surəsindən sonra "Qul huvəllah" surəsi 50 dəfə oxunur. Sonra bir 2 rəkətli namaz Həzrət Fatimeyi-Zəhraya (s) hədiyyə niyyəti ilə oxunur. Bu namazın 1-ci rəkətində Fatihə (Həmd) surəsindən sonra 100 dəfə Qədr surəsi oxunur. 2-ci rəkətində isə Fatihə (Həmd) surəsindən sonra 100 dəfə "Qul huvəllah" oxunur. Sonra təsbih zikri deyilir. Sonra iki 2 rəkətli (4 rəkət) Cəfər Təyyar namazı qılınır. 4). Ramazan ayının son Cümə gecəsində qılınan namaz. Bu namaz 10 ədəd iki rəkətli namazdır (= ümumilikdə 20 rəkət). Namazın hər rəkətində Fatihə (Həmd) surəsindən sonra 50 dəfə "Qul huvəllah" oxunur. 5). Ramazan ayının son ŞƏNBƏ gecəsinin namazı. Mübarək Ramazan ayının son ŞƏNBƏ (Cümə günündən altıncı günə keçən gecə) gecəsində hər bir iki rəkət olmaqla 10 niyyət namaz qılınır (=20 rəkət). Bu namazın 1-ci rəkətində Fatihə (Həmd) surəsindən sonra 100 dəfə "İnna ənzəlanhu fi ləltil-qədr" surəsi və 2-ci rəkətində Fatihə surəsindən sonra 100 "Qul huvəllah" surəsi oxunur. 6). Ramazan ayında xüsusi 12 rəkətlik namaz Bu namazı hər kəs Ramazan ayında qılarsa, hikmət çeşmələri qəlbindən dilinə axar. Dili hikmətlə söz deyər. Dünya və axirətdə təhlükəsizliyi qorunar. Dünyadan gedərkən Cənnətə daxil olar. Hədislərdə deyilir ki, hər kəs bu namazı qılarsa, alınını səcdədən götürməmiş Allah-Taala onun günahlarını bağışlayar, 700 oruc tutan və 700 hacının savabını ona verər. Əgər həmin ildə ölərsə, şəhid savabını alır. Namazı qaydası: Altı iki rəkətli bu namazın (12 rəkət) hər rəkətində Fatihə (Həmd) surəsindən sonra 25 "Qul huvəllah" oxunur. Namaz tamamlandıqdan sonra isə 70 dəfə aşağıdakı zikr deyilir: سُبْحانَ اللّه ِ وَالَحْمدُللّه وَلا اِلهَ اِلاَّ اللّه ُ وَاللّه ُ اَکْبَرُ وَلا حَوْلَ وَلا قُوَّهَ اِلاّ بِاللّه ِ الْعَلِیِّ الَعَظیمِ. "Subhanəllahi, vəl həmdulillahi və la ilahə illəllahu vəllahu əkbər. Və la həvlə və la qüvvətə illa billahil-əliyyil-əzim". Sonra yenə də 70 dəfə aşağıdakı zikr deyilir: أسْتَغْفِرُاللّه الَّذی لا اِلهَ اِلاّ هُوَ الرَّحْمنُ الرَّحیمُ، الْحَیُّ الْقَیُّومُ وَأتُوبُ Əstəğfirullahəlləzi la ilahə illa huvər-rəhmanur-rəhim, əl-həyyul-qəyyum. https://iqna.ir/fa/news/3895017

captcha