IQNA

13:40 - May 06, 2020
Xəbər sayı: 3487195
Tehran (IQNA) -  İraqın Həşduş-Şəəbi xalq könüllüləri silahlı qüvvələri İŞİD terrorçularının Tikrit ərazisində mövqelərini raket atəşinə tutaraq onların Samerra şəhərinə hücumunun qarşısını alıb.

"əl-Məyadin" informasiya portalının verdiyi xəbərə görə, İraqın Həşduş-Şəəbi xalq könüllüləri silahlı qüvvələri bu gün, 6 May 2020-ci il, İŞİD terrorçularının Samerra şəhərinə soxulması cəhdini nakam qoyub.

Bundan əlavə İraqın Həşduş-Şəəbi xalq könüllüləri silahlı qüvvələri Samerranın şimalında "Cüveycə Ummu Cüreyş" və "Hilalus-Salim" ərazilərində İŞİD terrorçularının 7 mövqeyni raket atəşinə tutub.

Bu hücumda İŞİD terrorçuları ağır itki verib və sığınacaqları məhv edilib.   

3896888

 

Ad:
E-poçt:
* Comment:
* captcha: