IQNA

11:11 - May 07, 2020
Xəbər sayı: 3487198
Tehran (IQNA) - Mustafa əl-Kaziminin kabineti İraq parlamentinin əksəriyyət səsini qazanaraq, rəsmən bu ölkənin baş naziri kimi öz işinə başlayıb.

İraq parlamenti dünən yerli vaxtla saat 21-ə təyin edilən, lakin fraksiyalar arasındakı ixtilaflara görə, saat 24-ə təxirə salınan qalmaqallı iclasda Mustəfa Əlkaziminin nazirlər kabinetinin bəzi üzvlərinə etimad səsi verdi. İclasda parlamentin 329 üzvündən 233-ü iştirak edibdir.

Nuri Əlmalikinin «Qanun hökuməti» fraksiyasının üzvləri istisna olmaqla iclasda iştirak edən deputatlar ümumilikdə təklif olunmuş 21 nazirdən 15-nə etimad səsi verib və təklif olunan 4 nazirin namizədliyini qəbul etməkdən çəkiniblər.

Bu iclasda neft və xarici işlər nazirləri barədə qərarçıxarma, təklif edilən nazirlər üstündə ixtilafların olmasına görə, başqa bir zamana saxlanıbdır.

Mustəfa Əlkazimi dünən gecə keçirilən iclasın son saatında bəzi fraksiyaların tələbinə əsasən, bəzi nazirliklərə təklif etdiyi nazirləri dəyişməyə məcbur olubdur.

Əlkaziminin hökuməti Adil Ədbulməhdinin işlərin irəlilədilməsi hökumətinin yerini tutacaq. Ədbulməhdinin hökuməti ötən il noyabrın 29-da öz istefasını təqdim etmişdi.

3897121

Ad:
E-poçt:
* Comment:
* captcha: