IQNA

İraqda milli Quran yarışları keçirilir

11:59 - May 07, 2020
Xəbər sayı: 3487199
Tehran (IQNA) -  İraqın milli Quran tilavəti yarışları Həzrət İmam Əlinin (ə) hərəminin Quran Mərkəzinin təşəbbüsü ilə keçirilir.

İmam Əli (ə) hərəminin informasiya portalının verdiyi xəbərə görə, bu yarışların keçirilməsinin koordinatoru Əmmar Talib Musəvi bu barədə deyib: Yarışların keçirilməsi barədə sosial şəbəkələrdə elan verildikdən sonra 100 qari öz tilavətlərini yarışların keçirilməsi komitəsinə göndərib. Onların arasından 45 tilavət seçilərək sonrakı mərhələyə göndərilib.  

O əlavə edib: Bu yarışların ikinci mərhələsində 15 nəfər iştirak edəcək. Hakimlər heyəti tilavətləri muğam, səs, təcvid və vəqf və ibtida qaydaları üzrə dəyərləndirəcəklər.

Yarışlar hər gün 3 nəfərin iştirakı ilə İmam Əli (ə) hərəminin peyk kanalından canlı yayımlanacaq.

Yarışların ilkin mərhələsi Ramazan ayının əvvəlindən başlayıb və mübarək ayın 15-dək davam edəcək.

Müsabiqənin ikinci mərhələsi Ramazan ayının 17-dən 23-dək davam edəcək. Bu mərhələdə 15 nəfər iştirak edəcək. Onların beş nəfəri final mərhələsinə keçə biləcək.

Yarışların final mərhələsi Ramazan ayının 28-də üç nəfər arasında keçiriləcək və qaliblər elan ediləcək.   

3896920

برگزاری مسابقات ملی قرآن کریم در عراق

برگزاری مسابقات ملی قرآن کریم در عراق

برگزاری مسابقات ملی قرآن کریم در عراق

برگزاری مسابقات ملی قرآن کریم در عراق

برگزاری مسابقات ملی قرآن کریم در عراق

برگزاری مسابقات ملی قرآن کریم در عراق

captcha