IQNA

əl-Əzhərin şeyxi ateistlərin şübhəsinə cavab verdi

10:58 - May 17, 2020
Xəbər sayı: 3487247
Tehran (IQNA) -  Misrin əl-Əzhər İslam Mərkəzinin şeyxi Əhmət Təyyib ateistlərin "təvəkkül"ün fəlsəfəsi barədə şübhə və iradlarına cavab verdi.

O deyib: Bu şəxslər (ateistlər) illət və məlul arasındakı əlaqəni əqli hesab edirlər ki, bu əlaqədən kənara çıxmaq mümkün deyil.

əl-Əzhərin şeyxi əlavə edib: Mömin insan isə "illət və məlul" məsələsinə inanır. Amma illətin məlulda öz-özünə və kənar müdaxilə olmadan təsirini qəbul etmir. İllətin məluldakı təsirinin Allahın əmri ilə olduğuna inanır.   

Misrin əl-Əzhər İslam Mərkəzinin şeyxi Əhməd Təyyib vurğulayıb: Biz inanırıq ki, oda yandırmaq xasiyyətini Allah verib. Od odluğunda qalmaq şərti ilə Allah ondan yandırmaq xasiyyətini ala bilər və bu zaman onun məlulu (yandırmaq) reallaşa bilməz. Və bunun da nəticəsində Həzrət İbrahimin (ə) oda atıldığı zaman yanmaması kimi bir möcüzə baş verə bilər. Təbiətin illət və məlul sisteminin əksinə həyata keçən bir çox möcüzələr də bu qəbildəndir.

Qeyd edək ki, bu günlərdə bütün dünyada olduğu kimi Misrdə də ateistlər koronavirusa görə məscidlərin tətil edilməsini bəhanə edərək müsəlmanlar arasında şübhə yaymaqla məşğuldur. Onlar sosial şəbəkələrdə bəlaların qarşsını almaq üçün dua və namazın təsirsiz olduğunu iddia edir və xəstələrin sağalması üçün Allaha təvəkkül etməyi mənasız hesab edirlər. Buna görə müxtəlif ölkələrin dini şəxsiyyətləri Ramazan proqramlarında bu şübhələrə cavab verməyə çalışırlar.      

3899172

captcha