IQNA

Əsaib Əhləl Haqq lideri: “ABŞ-ın İraqda və bölgədə mövcudluğunun sonu qətidir”

14:44 - May 22, 2020
Xəbər sayı: 3487277
Tehran (IQNA) - İraqın Əsaib Əhləl Haqq hərəkatının lideri Qeys Əl-Xəzəli ABŞ-ın İraqda və bölgədəki mövcudluğuna son qoymaq məsələsinin qəti olduğunu söyləyib.

Qeys Əl-Xəzəli qarşıdan gələn Beynəlxalq Qüds Günü münasibətilə “Müqavimət Cəbhəsi Liderləri Birlikdə” adlı canlı yayımlanan proqramda etdiyi çıxışında bunları deyib: “Təcavüzkar rejimin itkisi təkcə Fələstində yox, bütün ərəb ölkələrində olacaq”.

Qeys Əl-Xəzəli daha sonra belə danışıb: “İraq bütün qrupları və qəbilələri sayəsində İsrail rejimi və ABŞ-ın əl işi olan İŞİD-i məğlub edə bildi”.

Şəhidlər Süleymani və Əl-Mühəndisə sui-qəsd edənin ABŞ olduğunu, ancaq sui-qəsdin qərarının İsrail rejimindən gəldiyini bildirən Əl-Xəzəli, bunları deyib: “ABŞ-ın İraqdakı və bölgədəki hərbi mövcudluğuna son qoymaq məsələsi qəti bir məsələdir”.

3900469

 

captcha