IQNA

23:33 - May 30, 2020
Xəbər sayı: 3487313
Tehran (IQNA) -  İran şahı Nasiruddin Şahın zamanında İranlı xeyriyyəçilərin pulu və Qacar dövlətinin dəstəyi ilə Bəqi qəbiristanlığında imamların (ə) məzarları üzərində zərih tikildi.

Bəqi qəbiristanlığında imamların (ə) məzarı üzərində qoyulan zərihi İsfahanda incəsənət ustası Hacı Abbas Fuladsaz hazırladı.

İslami Sənədli Film Mərkəzi (Fotros Media) Şəvval ayının 8-də Bəqi qəbiristanlığının terrorist Ali-Səud sülaləsinin dəstəklədiyi təkfirçi sələfi-vəhabilər tərəfindən dağıdılmasının ildönümü münasibəti ilə həmin zərihi hazırlayan incəsənət ustasının nəvəsi Hacı Məhəmməd Fuladgər söhbət edib.

Bu barədə hazırlanan sənədli filmdə deyilir ki, həmin zərih İsfahanda hazır olduqdan sonra Almaniyalı fotoqraf Ernst Hoeltzer (1835 -1911) zərihin şəkilini çəkmişdir. Həmin şəkil hazırda Almaniyada saxlanılır: "Mədinə üçün poladdan qapı, 1893, İsfahan".  

Zərih İsfahanın Seyyid Şəfti ağanın məzarı üzərində tikilmiş məsciddə hazırlanmışdır. Buna görə də zərihin Seyyidin qəbiri üzərindəki zərihlə də oxşarlığı var.

Bəqi qəbiristanlığında məsumların (ə) məzarı üzərinə yerləşdirilən həmin zərihi 24 il dağıtdılar.

3902017

Teqlər: Bəqi ، zərih ، isfahan ، Ernst Hoeltzer
Ad:
E-poçt:
* Comment:
* captcha: