IQNA

22:20 - May 31, 2020
Xəbər sayı: 3487315
Tehran (IQNA) - Hicri qəməri tarixi ilə 1344-cü ilin Şəvval ayının 8-də Əbdül-Əziz bin Səudun qüvvələri - radikal sələfilər müqəddəs Mədinəni mühasirəyə alaraq şəhəri talan ediblər.
Hicri-qəməri tarixi ilə şəvval ayının 8-i (31 may) İmamların dəfn edildiyi Bəqi qəbiristanlığının dağıdıldığı gündür. Hicri qəməri tarixi ilə 1344-cü ildə  bu gündə Əbdül-Əziz bin Səudun qüvvələri - radikal sələfilər müqəddəs Mədinəni mühasirəyə alaraq şəhəri talan ediblər.
Onlar bununla kifayətlənməyərək, dörd imam və digər tanınmış səhabələrin məqbərələrinin yerləşdiyi Bəqi qəbiristanlığını yerlə yeksan ediblər. Bu qəbiristanlıqda imam Həsən (ə), İma Zeynül-Abidin (ə), İmam Baqir (ə), İmam Sadiq (ə) və digər tanınmış səhabələr dəfn ediliblər. Radikal sələfilər bu qəbirləri şirkə və küfrə səbəb olduqlarına görə dağıtdıqlarını bildiriblər.
Sərkərdələr tərəfindən tikilən Bəqi qəbiristanlığı ilk dəfə hicrətin 519-cu ilində Xəlifə Müstənsir-Billah tərəfindən, sonra tarixi Qəznəvilər dövlətinin hökmdarı Sultan Mahmud Qəznəvi, daha sonra 18-ci əsrin sonlarında və nəhayət Osmanlı xilafəti dövründə - 19 əsrin əvvəllərində yenidən tikilərək abadlaşdırılıb. İmamların qəbirlərinin üzərində günbəz və məscidlərin tikilməsi isə hicrətin 495-ci ilinə təsadüf edir.
 
 
Xatırladaq ki, Bəqi qəbiristanlığında imamların məqbərələrinin radikal sələfilər tərəfindən dağıdılması tarixdə iki dəfə - miladi tarixi ilə 1800 və 1923-cü illərdə baş verib. Hazırda bu qəbirlər dağıdılmış vəziyyətdədir, onların yaxından ziyarət edilməsi qadağan olunub. 
İstər sünni, istərsə də şiə məzhəbindən olan müsəlmanlar bu vəhşiliyi qınamışlar. Hazırda dünyanın müxtəlif bölgələrində yaşayan müsəlmanlar Səudiyyə Ərəbistanı hakimiyyətinə müraciət edərək, hərəmlərin bərpa edilməsini tələb edir.
Bəqi qəbiristanlığı Səudiyyə Ərəbistanının ‏‎Mədinə şəhərində, Nəbəvi Məscidindən (Peyğəmbər (s) Məscidi) cənub-şərqdə yerləşir. 622-ci ilin sentyabrında Peyğəmbər (s) Məkkədən Mədinəyə gəlir. Həmin dövrdə Ən-Nəbəvi Məscidin tikintisi zamanı Peyğəmbər (s) buradakı Əl-Bəqi adlı böyük torpaq sahəsini satın alır. Burada həmçinin Məhəmməd peyğəmbərin (ə) əmisi Abbas ibn Əbdülmütəllib də dəfn olunub.
Maide.Az 
 
 

 

Ad:
E-poçt:
* Comment:
* captcha: