IQNA

22:43 - May 31, 2020
Xəbər sayı: 3487316
Tehran (IQNA) -  İngiltərənin cənub-şərqində yerləşən Vindzor və Meydenhed şəhərinin məscidində tarixdə ilk dəfə azan səsucaldıcılar ilə yayımlanıb.

Dünyada və İngiltərədə koronavirus pandemiyasının yayılmasının ardınca məscidlər öncəliyi tədbirlər çərçivəsində qapadılmışdı.

Meydenhed şəhərinin məsulları və şəhərin İslam Şurası məscidin ibadət üçün bağlı olduğunu nəzərə alaraq müsəlmanlarla həmrəylik nümayiş etdirmək hədəfi ilə məscidin səsucaldıclarından Azan səsini yayımlayıblar.

Məscidin xuddamı Səğir Əhməd bu gün (31 May 2020) boş məsciddə Azan deyib və onun səsi səsucaldıcılar vasitəsi ilə şəhərə yayılıb. Şəhər əhalisi məsciddən gələn Azan səsini eşitdikdə məscidin ətrafına tamaşaya toplaşıblar.

Meydenhed şəhər şurasının rəisi David Coppinger bu barədə deyib: Bu işə kömək etdiyimiz üçün çox şadam. Bu il müsəlmanlar üçün Ramazan ayı çətin keçdi. Ümid edirəm ki, məsciddən azan səsinin yayılması regionda yaşayan müsəlmanları xoşhal edəcək.  

3902244

Ad:
E-poçt:
* Comment:
* captcha: