IQNA

21:34 - June 04, 2020
Xəbər sayı: 3487334
İyunun 3-də Rusiyada “İmam Xomeyni (rə) və İslam inqilabı dünya və İslami mediada” adlı beynəlxalq media konfransı keçirilib.

Giperssilka.ru saytının təşkilatçılığı ilə onlayn rejimdə reallaşan konfransa Rusiya, Azərbaycan, İran, Türkiyə, Almaniya və sair ölkələrdən elmi-dini və media nümayəndələri qatılıb. 

Konfransın gedişində İslam inqilabının banisi İmam Xomeyni (rə) şəxsiyyətinin çalarları, İslam inqilabı dəyərlərinin dünya və İslami mətbuatda yeri, islami mətuatın günümüzdəki tələbləri müzakirə edilib. Natiqlər İmam Xamneinin (r) RF-dəki nümayəndəsi S.Ə.Ciddi, Almaniya İmam Əli (ə) məscidinin imam-camaatı Hacı Səbahəddin Türkyılmaz, İnterazTV və “Salamnyus”un eksperti Hacı Samid Paşa, Rasthaber saytının baş redaktoru Hacı Ziya Türkyılmaz, ruhanilər Hacı Orxan Məmmədov və Seyyid Mənsur Təhmasibi, Təbriz radiosu Azərbaycan redaksiyasının rəhbəri Hacı Mehdi Nəlbəndi çıxışlar edib. Çıxışların ardınca konfransı qonaqları da mövzu ətrafında fikirlərini bölüşüb, konfransın əhəmiyyətinə və davam etdirilməsinə vurğu edilib. 

Ad:
E-poçt:
* Comment:
* captcha: