IQNA

22:52 - June 06, 2020
Xəbər sayı: 3487345
Tehran (IQNA) -  Rusiya federasiyasının paytaxtı Moskva şəhərinin Qırmızı Meydan adlanan məkanında "Quran Araşdırmaları" sərgisi başlayıb.

Hər il Moskvanın Qırmızı Meydanında kitab sərgisi keçirilir. Sayca altıncı olan bu sərgidə "Quran Araşdırmaları" adlı məqalələr məcmuəsi də nümayiş olunur.

Quran Araşdırmaları məqalələr məcmusəi Sankt-Peterburqun Antropoloji Muzey Tədqiqatları Mərkəzinin həmkarlığı ilə çap və nəşr edilib.

Moskvanın 2020-ci ildə ən böyük mədəni hadisəsi hesab edilən bu sərgi İyun ayının 6-dan 8-dək "onlayn" və "oflayn" şəkildə davam edəcək.

Sərgidə Moskvanın İslami Araşdırmalar Fondu və bu fondun nəşriyyatı öz yeni nəşrlərini sərgiləcəyək.

Moskvanın İslami Araşdırmalar Fondu Quran Araşdırmaları Məqalələr Məcmuəsi, Əmir Müizzinin "Siyərul-Müluk" (Siyasətnamə), "IX İşraq irfan və fəlsəfə salnaməsi", Əllamə İbqal Lahurinin "Dini düşüncənin yenidən qurulması", İran İslam İnqilabından bəhs edən "Nahid" romanı, "İslam tarixi və təfəkküründə inkişaf və yenilik" adlı fəlsəfi məqalələr məcmuəsini və digər yeni nəşrlərini oxucalara təqdim edəcək.   

3903086

Ad:
E-poçt:
* Comment:
* captcha: