IQNA

21:14 - June 09, 2020
Xəbər sayı: 3487373
İsrail qüvvələri işğal edilmiş Qüdsdə 8 uşağı olan bir fələstinli ailənin evini "sənədsiz" olması iddiası ilə dağıdıb.
IQNA xəbər verir ki, Şərqi Qüdsün Silvan məhəlləsinə gələn işğalçı İsrail rejim bələdiyyə qrupları, 6 il əvvəl inşa edilən Ayşe Hicazinin evini söküb. 
 
Evlərinin "sənədsiz" olduğunu iddia edən işğalçı rejim tərəfindən dağıdılmış Hicazi ailəsi evlərindən çıxara bildikləri bir neçə əşya ilə  küçədə qalıb. 
 
Qeyd edək ki, işğalçı İsrail rejimi fələstinli ailələrin ev inşasına dair müraciətlərini  qəbul etmir, işğalçı rejim  minlərlə fələstinlinin evini lisenziyasız olduqları iddiası ilə sökəcəkləri ilə hədələyir.
 
Fələstin mənbələri qeyd edirlər ki, 1967-ci ildən bu yana Şərqi Qüdsdə İsrail qüvvələri tərəfindən 5 mindən çox fələstinli ev dağıdılıb. 
 
Mənbə: Maide.az
Teqlər: İsrail ، Fələstin ، Quran ، Müsəlman
Ad:
E-poçt:
* Comment:
* captcha: