IQNA

17:22 - June 15, 2020
Xəbər sayı: 3487404
Parisdə ABŞ polisi tərəfindən öldürülən Corc Floydun eyni zamanda 2016-cı ildə polis tərəfindən həbs edildikdən sonra ölən qaradərili fransız Adam Traorun ölümünə etiraz olaraq şüarlar səsləndirilib.

Fransanın paytaxtı Pasisdə keçirilən irqçi əleyhinə nümayişlər sionist əleyhinə nümayişlərə keçdi. Fransızlar Parisdə, ABŞ polis məmuru tərəfindən öldürülmüş qaradərili ABŞ vətəndaşı Corc Floydun eyni zamanda 2016-cı ildə polis tərəfindən həbs edildikdən sonra ölən qaradərili fransız Adam Traorun ölümünə etiraz olaraq, İsrail rejiminə qarşı şüarlar səsləndirilib.

"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, fransız etirazçılar, həmçinin üzərində "İsrail rejimi - polis zorakılığı laboratoriyasıdır" kimi yazılar yazılmış geyimlər geyindi. Təxminən 20 ildir ki, ABŞ polisi İsrail rejiminin qüvvələri tərəfindən etirazçılara qarşı zorakı və qeyri-insani üsulları öyrənir. Fransa xalqı son günlər Fransanın qaradərili sakinlərinə, eyni zamanda ərəb əsilli fransızlara qarşı polis zorakılığına etiraz edir. Fransızların irqçiliyə qarşı etirazları ABŞ-da ümumxalq etirazları ilə eyni vaxtda baş verir. ABŞ-ın müxtəlif şəhərləri, xüsusən Minnesota, Minneapolis, son üç həftə ərzində polis irqçi davranışlarına qarşı etiraz meydanına çevrilib.

 

Ad:
E-poçt:
* Comment:
* captcha: