IQNA

21:12 - June 15, 2020
Xəbər sayı: 3487408
Tehran (IQNA) -  Misrin əl-Əzhər İslam Mərkəzinin Fətva Komitəsi bu gün, Bazar Ertəsi günü, 15 İyun 2020-ci il, koronavirusun cəmiyyətdə yayılması barədə fətva verib.

Fətvaya əsasən koronavirusa yoluxan şəxsin xəstəliyinin cəmiyyətə və fərdlərə sirayət etməsi və yayılması üçün şüurlu şəkildə və bilərəkdən şərait yaratması "qətl" (qəsdən adam öldürmək) sayılır, həmin şəxs cinayətkar və qatildir.

  Misrin əl-Əzhər İslam Mərkəzinin Fətva Komitəsinin üzvü Şeyx Saleh Əbdülhəmid fətvanı elan edərək vurğulayıb: Bir neçə dəfə istifadə edilən plastik maskalardan istifadə etmək sağlamlıq və ətraf mühit üçün zərərli olduğuna görə haramdır.

O əlavə edib: Bütün səmavi dinlərdə fərdi və sosial sağlamlığın qorunmasına tövsiyə edilib. Buna görə də yararsız maskaların istifadəsi və habelə satışı haram və cinayətdir. Çünki bu məsələ xəstəliyin daha çox yayılmasına səbəb olur.

əl-Əzhər İslam Mərkəzinin Fətva Komitəsinin üzvü vurğulayıb: Xəstə şəxslərin qəsdən öz ağızlarının suyunu ümumi məkanlarda yerə atması və şüurlu şəkildə virusun yayılmasına səbəb olmaları cinayətdir. İslam şəriətinə görə onlar qatil hesab edilirlər və axirətdə də Allah onları əzab edəcəkdir.  3905114

Ad:
E-poçt:
* Comment:
* captcha: