IQNA

1:28 - June 16, 2020
Xəbər sayı: 3487412
Tehran (IQNA) -  BMT (Birləşmiş Millətlər Təşkilatı)-nın  İnsan Haqları Şurası bu gün (15 İyun 2020) Afrika ölkələrinin Amerikadakı irqçiliyə görə fövqəladə iclas keçirilməsi tələbi ilə razılaşıb.  

FRANS24 xəbər agentliyinin verdiyi xəbərə görə, ABŞ-ın MinneaPolis şəhərində 26 yaşlı AfroAmerikalı Corc Floydun və Atlantada başqa bir qaradərili vətəndaşın polis tərəfindən öldürülməsi Amerikanın bir çox şəhər və əyalətlərində, həmçinin bir çox ölkələrdə irqçilik və dini ayrıseçkilik əleyhinə genişmiqyaslı aksiyaların keçirilməsi ilə nəticələndi.

Bunun ardınca isə BMT (Birləşmiş Millətlər Təşkilatı)-nın  Afrika ölkələrindən olan nümayəndələri Amerikada baş verən irqi və dini zəmində baş verən ayrıseçkilik və zorakılıq hadisələrinin və həmçinin Amerika polisinin miqrantlara qarşı vəhşi davranışı səbəblərinin araşdırılmasını tələb edib.

Buna görə də BMT (Birləşmiş Millətlər Təşkilatı)-nın  İnsan Haqları Şurası 47 üzvünün razılığı ilə sabah, cari həftənin Çərşənbə günü, 17 İyun 2020-ci il, fövqəladə iclas keçiriləcəyi barədə qərar verib. 3905120

Ad:
E-poçt:
* Comment:
* captcha: