IQNA

3:47 - June 25, 2020
Xəbər sayı: 3487474
Tehran (IQNA) – İngiltərənin sabiq baş naziri Toni Blerin baldızı (həyat yoldaşının bacısı) Lauren Booth on il öncə İran İslam Respublikasına səfər etmişdi.

Qum şəhərində Həzrət Məsumənin (s) müqəddəs hərəmində İslam dinin qəbul edən bu xristian xanım 1967-ci ildə London şəhərinin İslington rayonunda anadan olub.  

İngiltərəli müxbir, qəzet yazarı və insan hüquqları aktivisti kimi sahələrdə fəaliyyət göstərən xanım Lauren Booth 2000-ci ildə QÜDS günü yürüşlərini işıqladırmaq üçün İran İslam Respublikası səfər edir.

Həmin səfəri zamanı Qum şəhərində Həzrət Məsuməni (s) və Məşhəd şəhərində İmam Rzanı (ə) ziyarət edir. Bu ziyarətdən sonra onun müsəlman olması xəbəri mediada yayılır.

O, media ilə müsahibəsində demişdi: Həftənin Çərşənbə Axşamı günü, günün ikinci yarısında hiss elədim ki, halım dəyişib və xalis bir xoşbəxtlik və şadlıq hiss edirəm.

Lauren Booth İran İslam Respublikasında səfərini başa vurub geri qayıtdığı zaman ölkəsində təyyarədən hicablı geyimdə yerə enmişdi.

O deyir ki, evini İslami geyimi olmadan tərk etmir və gündəlik namazlarını da qılır və bəzən namaz qılmaq üçün evlərinin yaxınlığındakı məscidə gedir.  /3906608/

 

Ad:
E-poçt:
* Comment:
* captcha: