IQNA

11:43 - July 06, 2020
Xəbər sayı: 3487562
Minə yaxın insan hicabın ali təhsildə istifadəsini qadağan edən Belçika Konstitusiya Məhkəməsinin qərarına etiraz edib. Onlar hicabdan istifadə hüququnu müdafiə etmək üçün küçələrə çıxıb.
Müxtəlif qeyri-hökumət təşkilatlarının çağırışı ilə  mindən çox insan Brüsselin mərkəzindəki Mont des İncəsənət meydanında etiraz aksiyası keçirib.
Maide.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki,  onlar hicabın ali təhsildə istifadəsini qadağan edən Belçika Konstitusiya Məhkəməsinin qərarına etiraz edib.
Üzərində "Hicab bir insanın haqqıdır", "Əlinizi hicabımdan çəkin", "Azadlığımız haradadır?" plakatlar daşıyan etiraz aksiya işitrakçıları "Qadına xarici görünüşünə görə hökm etmə" və "İstədiyimi geyə bilməsəm, azadlıq haradadır?" şüarları səsləndirib. 
Əsas etirazçılar gənc qadınlar olub, ayrıseçkiliklərə etiraz olaraq və hicablı tələbə yoldaşları ilə həmrəylik nümayiş etdiriblər.  

Teqlər: hicab ، belçika ، universitet
Ad:
E-poçt:
* Comment:
* captcha: