IQNA

Dubayın cəzaçəkmə müəssisələrində onlayn Quran təlimi

6:52 - July 07, 2020
Xəbər sayı: 3487570
Tehran (IQNA) -  BƏƏ-nin Dubay şəhərinin cəzaçəkmə və reabilitasiya mərkəzlərində məhbuslara Quran hifzi dərsləri onlayn keçirilir. Quran hifzi kurslarında iştirak edənlərdən imtahan da onlayn alınıb.

Bu dərslər Dubayın Beynəlxalq Qurani-Kərim Mükafatı Yarışları Komitəsin tərəfindən təşkil edilir.

Quran hifzi kurslarında iştirak edənlərdən imtahanlar da onlayn alınıb.

2020-ci ildə sayca ikinci olan bu Quran hifzi imtahanlarında 100-dən çox qadın və kişi iştirak edib.

Qeyd edək ki, 2002-ci ildən Dubayın cəzaçəkmə və reabilitasiya mərkəzlərində məhbuslara Quran hifzi öyrədilir. Quranı hifz edən məhbusların cəzaları yüngülləşdirilir.

Bu layihəyə əsasən Quranın hamısını hifz edənlərə 20 il, 20 cüz hifz edənlərə 15, yarısını hifz edənlərə 10 il, 5 cüz hifz edənlərə bir il və 3 cüz hifz edənlərə altı ay cəza müddəti güzəşt edilir.  /3909036

captcha